Mənim adımın anlamı nədir?
Adqoydu – Adınızın Mənasını Bilir
Siz də Öyrənin
Minlərlə adların arasından öz adınızı tapın
01.
Adların Asan Axtarışı
Siz adı tam yazıb bitirənə qədər axtarış sistemi artıq işə düşür və axtardığınız adı tapmaqda sizə yardım edir.
02.
Əlifba ilə Sıralanma
Adların əlifba ilə sıralanması işinizi asanlaşdıracaq və oxşar adları bir yerdə görə bilərsiniz.
03.
Adın Tanınmış Daşıyıcıları
Hər bir adın ən tanınmış insanları haqqında geniş məlumat ala bilərsiniz. Deyə bilərik ki, bu bir növ adın tarixidir.
A
B
G
X
Q
Ən Yaxşı Adlar
Yeni doğulmuş körpəyə qoymaq üçün ad axtarışındasınız? Doğru yerdəsiniz!
- Yeni doğulacaq uşağa adı kim verməlidir?Ailənin yeni doğulacaq uşağına adı kim verməlidir? Heç düşünmədən demək olar ki, ailə başçısı. İslam dini baxımından da ailənin başçısı kimi, uşağa ad qoymaq vəzifəsi… Read more: Yeni doğulacaq uşağa adı kim verməlidir?
- Adqoydu nədir? Uşaqlar üçün hansı adlar yaxşıdır?Türklərin ortaq kitabı olan “Dədə Qorqud” dastanından da bildiyimiz kimi, keçmişdə insan adını özü qazanardı. Yeniyetməlik yaşına çatmış oğlan və qızların bacarıqlarına görə ağsaqqallar onlara… Read more: Adqoydu nədir? Uşaqlar üçün hansı adlar yaxşıdır?
- Azərbaycan adı necə yarandı və mənası nədir?Azərbaycan yaşadığımız, doğulub boya-başa çatdığımız, uğruna qan və can verdiyimiz ana yurdumuzdur. Bəs uğrunda canımızdan keçməyə hazır olduğumuz vətənimiz Azərbaycanın adı necə yaranmışdır? Mənası nədir?… Read more: Azərbaycan adı necə yarandı və mənası nədir?
Sual-Cavab
Ən Çox Soruşulan Suallar
01.
Mən nə üçün adımın mənasını burdan tapa bilmirəm?
Adqoydu.az yalnız Azərbaycan türk adlarının mənalarını araşdırdı və gələcəkdə daha da genişləndirməyə çalışırıq. Azərbaycanda çox geniş yayılmış, ancaq xarici adlar bu siyahıda yoxdur.
02.
Mən adımın mənası başqa bilirdim. Nə üçün burda fərqli açıqlama verilib?
Adların mənası üçün fərqli açıqlamalar verilə bilər. Heç birinin 100 % düzgün olduğunu deyə bilmərik. Burada doğruya daha yaxın görünən və inandırıcı görünən açıqlamaları yazdıq. Eşitdiyiniz başqa variantlar varsa, bizə yazın, araşdıraq.
03.
Ərəb və fars adlarının çoxu artıq Azərbaycanda xarici adlar sayılmır. Nə üçün onların açıqlamasını vermirsiz?
Bir çox ərəb və fars adları, hətta Avropa və rus adları Azərbaycanda geniş yayılmışdır. Ancaq geniş yayılmasına baxmayaraq həmin adların ərəb, fars, yunan, ya da slovyan adları olduğu bilinir. Biz başqa millətlərdən götürülmüş deyil, öz adlarımızın mənalarını araşdırırıq.
04.
Adların mənasını bilmək nəyə lazımdır?
Hər kəs ömründə bir dəfə də olsa, öz adının mənasını araşdırır. Bundan başqa, ata-anası yeni doğulan uşağa ad seçərkən araşdırma aparmaq üçün vaxtı olmaya bilər. Ayqoydu layihəsi bu yöndə yardımçı olmağa çalışır.