Ağası — Ağası adı da Ağa adı kimi eyni, ağa sözündən yaranmışdır. Ağası adı böyüyümüz və safımız anlamını verir. Bir sıra türk xalqlarında “aka”, “əkə” kimi də işlənir. Sayğı olaraq böyük qardaşa da ağa deyilir. Bu ad Azərbaycanda başlıca olaraq oğlan uşaqlarına verilir.
Ağa sözü başqa sözlərlə birləşərək bir neçə başqa adlar da yaranmışdır: Ağabala, Ağababa, Ağadadaş, Ağacan, Ağabacı və başqaları.
Bir cavab yazın