Son yenilənmə tarixi: 12.01.2024

Hər kəs aşağıdakı şərtlər daxilində “Adqoydu.az” saytından (bundan sonra qısaca olaraq, “Adqoydu”) istifadə edə bilər:

  1. Sayt məlumatları: “Adqoydu” saytında yerləşdirilmiş bütün bilgilər, Azərbaycan türk adları və onların mənası haqqında məlumatlar, tanınmış şəxsiyyətlər, onların şəkilləri və başqa məzmunları əhatə edir. Bu məlumatlar müstəqil araşdırma və ya hər kəsə açıq qaynaqlardan toplanır, doğruluğu yoxlandıqdan sonra yayımlanır.
  2. İstifadənin sərbəstliyi: Saytdakı məlumatlardan istifadə tam sərbəstdir. Hər bir istifadəçi “Adqoydu” saytının məlumatlarından öz şəxsi məqsədləri üçün faydalana bilər. Bununla birlikdə, əsas qaydaları və qanunları pozmamağınız, saytındakı məzmunu saxlayaraq tətbiq etməyiniz tələb olunur.
  3. Linklər və geri-keçidlər: “Adqoydu” saytının məlumatlarını başqa saytlarda və başqa açıq yerlərdə yayımlayarkən, əgər mümkünsə, mənbəni göstərmək və geri-geçid (link) qoyulmalıdır. Bu, məlumatların ictimai mənbələrdən gəlmiş olduğunu, mənbənin tanınmasını və təsdiq edilməsini təmin edir.
  4. Məlumatların istifadəsi: “Adqoydu” saytının məlumatları ictimaiyyətə açıq məlumatlarlardır. Məlumatların istifadəsi mənbəyə istinad edilməklə və məqsədlərinə uyğun şəkildə aparılmalıdır. Hər hansı bir məlumatın müəllifliyinin təsdiq edilməsi məqsədi ilə istinad edilməsi tələb olunur.
  5. Məlumatların güncəllənməsi: “Adqoydu” saytı məlumatlarını müəyyən aralıqla güncəllədikdə, yeni məlumatlar dərhal istifadəyə verilə bilər. Belə olan halda saytın ən son versiyasından yararlanmaq istifadəçilərin və oxucuların məsuliyyətindədir.

Bu “İstifadə şərtləri” “Adqoydu” saytındakı məlumatların ictimai istifadəsinin prinsiplərini təyin edir və saytın məzmununu istifadə edərkən nəzərə alınmalıdır. İstifadəçilər bu şərtləri qəbul edir və buna əsasən saytımızı istifadə edirlər.

Əgər “Adqoydu” saytının “İstifadə şərtləri” ilə bağlı suallarınız və ya təklifləriniz varsa, bizimlə əlaqə saxlayın. Daha geniş və daha dolğun istifadə imkanları yaratmaq diləyilə sizə də, bizə də uğurlar!