Adqoydu.az” saytı (bundan sonra qısaca olaraq, “Adqoydu”) Azərbaycanda qarşılaşdığımız türk adlarının siyahısı və adların mənaları haqqında bilgiləri paylaşır.

Azərbaycan türk adlarının ən yaxşılarını seçərək əlifba sırası ilə düzdük. Dünyaya yeni gələcək uşağınız üçün ad axtarırsızsa, buyurun, sizin üçün seçdiyimiz adlara göz atın.

Nə üçün yalnız Azərbaycan türk adları haqqında?

Öncə onu deyək ki, ərəb, fars, ya da rus, yunan, fransız və başqa adların mənasının doğru olub-olmadığını yoxlamaq imkanımız yoxdur. Qısaca desək, həmin dilləri bilsək belə, bu həmin adın yaranma məqsədini və vermək istədiyi mesajı anlamaq üçün yetərli olmayacaqdır.

İkincisi, Azərbaycan türk adları asan – bir və iki hesalı olub gözəl deyilişi ilə seçilir, bizim üçün çətin olan səslər işlədilmir və Azərbaycan dilinin ahəng qanununu pozmur. Bilmirəm, bəlkə də bizim öz doğma adlarımız olduğu üçün belədir.

Üçüncü məsələ, Azərbaycanda yaşayan 10 milyondan çox əhalinin 80 %-i türkdilli olduğu halda ərəb və fars adları çoxluq təşkil edir. Əslində isə, Azərbaycanda yaşayan ləzgi, talış, tat, avar, kürd, udin, rus, ukraynalı və hətta ermənilər sayca ərəb və farslardan qat-qat çoxdur. Bunun bilərəkdən, yoxsa səhvliklə edildiyini bilmirik, ancaq düzəltmək lazımdır.

Dördüncüsü, heç də kiçik olmayan məsələ: Bu gün İran İslam Respublikasında əhalinin təqribən yarısının türkdilli və Azərbaycan türkləri olmasına baxmayaraq, türk adlarına qadağa var. Yəni biz seçim qarşısında uşaqlara fars adları qoyuruq, ancaq İran adlanan dövlətdə Azərbaycan türkləri uşaqlarına öz adlarını verə bilmirlər. Beləliklə, adlar unudulur, yoxa çıxır.

Son olaraq onu deyək ki, AR Ədliyyə Nazirliyinin saytında adların mənaları bir sıra yanlışlıqlarla verilmişdir. Doğrudur, hətta biz özümüz də hər adın olub-olmadığını ordan yoxlayırıq. Bununla yanaşı dövlət saytında düzgün olmayan məlumatlar, eyni sözə fərqli açıqlamalar və başqa çatışmazlıqlar var. Qoy bizim bu layihəmiz sizin üçün əlavə məlumat bazası olsun.