Ən Çox Soruşulan Suallar və Cavablar

Mən nə üçün adımın mənasını burdan tapa bilmirəm?

Adqoydu.az yalnız Azərbaycan türk adlarının mənalarını araşdırdı və gələcəkdə daha da genişləndirməyə çalışırıq. Azərbaycanda çox geniş yayılmış, ancaq xarici adlar bu siyahıda yoxdur.

Mən adımın mənası başqa bilirdim. Nə üçün burda fərqli açıqlama verilib?

Adların mənası üçün fərqli açıqlamalar verilə bilər. Heç birinin 100 % düzgün olduğunu deyə bilmərik. Burada doğruya daha yaxın görünən və inandırıcı görünən açıqlamaları yazdıq. Eşitdiyiniz başqa variantlar varsa, bizə yazın, araşdıraq.

Ərəb və fars adlarının çoxu artıq Azərbaycanda xarici adlar sayılmır. Nə üçün onların açıqlamasını vermirsiz?

Bir çox ərəb və fars adları, hətta Avropa və rus adları Azərbaycanda geniş yayılmışdır. Ancaq geniş yayılmasına baxmayaraq həmin adların ərəb, fars, yunan, ya da slovyan adları olduğu bilinir. Biz başqa millətlərdən götürülmüş deyil, öz adlarımızın mənalarını araşdırırıq.

Azərbaycanda yaşayan başqa xalqların – ləzgi, talış, tat, avar, kürd, udin, saxur, qrız adları Azərbaycan adları deyil?

Əlbəttə ki, Azərbaycanda yaşayan bütün xalqlar Azərbaycanlılardır və bizimlə birlik təşkil edirlər. Çox heyif ki, biz Azərbaycanda yaşayan bu xalqların dillərini yaxşı bilmirik, adın yaranma məqsədini və vermək istədiyi mesajı araşdırmaq imkanımız yoxdur.

Azərbaycan türk adlarının nəyi yaxşıdır?

Azərbaycan türk adları asan – bir və iki hesalı olub gözəl deyilişi ilə seçilir, bizim üçün çətin olan səslər işlədilmir və Azərbaycan dilinin ahəng qanununu pozmur. Bilmirəm, bəlkə də bizim öz doğma adlarımız olduğu üçün belədir.

Adların mənasını bilmək nəyə lazımdır?

Hər kəs ömründə bir dəfə də olsa, öz adının mənasını araşdırır. Bundan başqa, ata-anası yeni doğulan uşağa ad seçərkən araşdırma aparmaq üçün vaxtı olmaya bilər. Ayqoydu layihəsi bu yöndə yardımçı olmağa çalışır.