Ağacan

Ağacan — Böyük anlamını verən ağa və can sözlərindən düzəlmişdir. Böyük ürəkli birisi mənasını verir. Azərbaycanda bu ad başlıca olaraq oğlan uşaqlarına verilir.

Ağacan adlı tanınmışlar

Ağacan Cabbar oğlu Cabbarlı — 1876-cı ildə qədim Dağ Borçalının Gümrü bölgəsində, Şo­ra­yıl maha­lının dağ kəndi olan Qaraisə (bir sıra mənbələrdə: Qa­rakilsə) kəndində dünyaya gəlib. (indiki Er­mənistan Respublikası). Ara-sıra şeirlər ya­zan Cabbar kişi oğlu Ağacanı da ya­zıb-oxu­yan gör­­mək is­təyirdi. Elə buna görə də onu molla yanına şa­gird qoymuşdur. Ağacan burada dərin dini təhsil almaqla yanaşı, həm də ərəb, fars dillərini yaxşı öy­rənmişdir.

Bu, sonralar Ağa­canın şeir­lərində də özünü göstərmişdir. Erkən yaşlarından söz qoşmağa baş­layıb, çox gənckən Azər­baycanda, Türki­yədə, İranda və Gürcüstanın Borçalı mahalında məş­hurlaşan, qısa bir vaxtda aşıq-şair kimi böyük hörmət və şöhrət qazanan Şair Ağacanın ilk qələm məhsulları gənclik ruhu ilə yazılmış alovlu sevgi şerləri olmuşdur.

Çox erkən anasını itirmiş, uşaqlıq illəri ağır keçmiş, ilk sevgisi olan Gülzarla qovuşa bilməmiş Ağacan 19 yaşında ailə qurur, Gülxanım adlı bir qızla evlənir. Bir ildən sonra qızı Zəhra dünyaya gəlir. Körpənin ayağı sayalı olur, gəlin gənc ərini iki oğulla sevindirir. Ancaq Ağacan ailə sevincindən doymamış, erməni quldurları başı min bəla çək­­miş xalqı öz doğma el-obasından pərən-pərən salır. 1906-cı ildən Ağa­canın da ailəsi Gümrüdən çıxmalı olur. Ailə didərgin düşür, ailə üzvləri də bir-birindən xəbərsiz qalır. Cəlladların törətdiyi vəhşiliklər çalın-çarpaz dağ çəkir Ağacanın ürəyinə; ömür-gün yoldaşından və üç körpə­sin­dən xəbərsiz Borçalı mahalının Quşçu kəndinə gəlir. Uzun ax­tarış­lardan, çətinliklərdən sonra ailəsi­nin və qohumlarının İranda və Türki­yənin İstambul şəhərində yaşadıqlarını öyrənə bilir. Ürəyində övlad nis­gili qalan şair bir də onu öyrənə bilir ki, böyük oğlu Qəmbər əzab-əziy­yətlərə dözə bilməyib, dünyasını dəyişib. Dərd üstün­dən dərd yüklənir şairə…

Şair Ağacanən həyatı Borçalıda da ağır keçib. O, Quşçu kəndində də uzun müddət yaşaya bilməyib və məcburiyyət qarşısında qalıb Qaçağana köçüb və burada yerləşir. Şair Ağacan 1917-ci ildə ikinci dəfə öz əmisi qızı Zəhra ilə ev­lənir və öm­rünün sonuna qədər onunla yaşayır. İki oğlu -Ənvərlə, Şəmistan və iki qızı – Tərlanla Göyçək dünyaya gəlir. Ancaq Ağa­can Quşçu kən­dində də çox yaşaya bilmir. O, ərəb və fars dillərini dərindən bildiyin­dən kəndin naşı mol­lalarının savadsız­lığını sübut edirdi. Onların yalanlarını xalqa başa saldı­ğın­dan, camaatın gözündən düşən “molla”lar yaxınlıqdan keçən arxın suyunu açıb, gecəylə Ağacanın evinə doldururlar. Elə o vaxt­dan ailəsi ilə birlikdə qonşu Qaçağan kəndinə köçür.

Şair Ağacan Qaçağan kəndində də yersiz təqiblərə məruz qalıb. Də­fələr­lə qandallanıb, ancaq günahsız olduğundan azad edilib. 1943-cü ildə Şair Ağacanı günahı olmadan yenidən həbs edirlər. O, həbs­xanadan xalq şairi Səməd Vurğuna üz tutub şeirlə məktub yazır ki, dostunuz qazamata düşüb. S.Vurğun məktubu alan kimi Borçalıya gəlir və Ağacanı azad etdirir. Çox keçmir ki, Ağacan daha bir hökmlə, həm də qəti qərarla “tuşlaşır”. O, 1949-cu ildə ailəsi ilə birlikdə Rusiyanın Tomsk vila­yətinə sürgün edilir.

Şair Ağacanın uzaq eldə, yad torpaqda vəfalı, hünərinə bələd olduğu ömür-gün yoldaşından bircə diləyi olub: “Zəhra, Vətənə qayıdası olsanız, sümüyüm çöllərdə qalmasın. Bu dünyam Vətən həsrətli keçdi, o dünyam Vətənsiz qalmasın”. Ömrü boyu həyatı qarlı-boranlı keçən şair ömrünü də qışda övladlarına bağışladı. 1951-ci ilin yanvar ayının 26-da yadlar ara­sında, qərib, sinəsi dolu, sözlü-söhbətli bir şair əbədiyyətə qovuş­du.

Həyat yoldaşı sürgündən azad ediləndə Ağacanın sümük­lərini qərib torpaqda qoymur. Çətinliklə də olsa, qəbri qazır, sümükləri bir sandığa yığıb özü ilə Qaçağana gətirir. İllərlə heç kəsə bununla bağlı heç bir şey demir. 1958-ci ildə oğlu Ənvər vəfat edəndə süfrə üçün qənd axtararkən Ağacanın sümüklərini tapırlar. Ona görə də Ağacanın ikinci dəfni Ənvərlə bir gündə oldu. O, el adətilə müqəddəs torpağa tapşırıldı. Ağacanın sümük­ləri indi sə­daqətli həyat yoldaşı Zəhra ilə bir başdaşı altında, Qaçağan kəndinin qə­birstanlı­ğında uyuyur. Ruhları şad olsun!

 

 

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir