Sarxan

SarxanSərxan kimi də deyilir. Sar və xan sözlərinin birləşməsindən düzəlmişdir. Sərxan baş xan, böyük xan, xanlarxanı deməkdir. Sar şahinlər sinfinə mənsub olub, suda, quruda və dağ zirvələrində yaşayan yırtıcı quşdur. Qədim türklərdə totem və etnonim olan bu söz “dünya, kainat” mənasında olan “Sarı-Günəş” ilə bağlıdır.

Başqa bir açıqlamaya görə, Sarxan — türk, altay və macar mifologiyasında əjdaha ilahıdır. Sarıqan Xan, Sarıxan (Saruhan), ya da Sarıq Xan olaraq da bilinir. Əjdahaları idarə edər. Mifologiyaya görə, Sarxan əlində mis bir dəyənəklə yeraltının doqquzuncu qatında yaşayır.

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir