Elgiz

Elgiz — el və giz sözlərinin birləşməsindən düzəlmişdir. Elgiz adı Azərbaycanda başlıca olaraq oğlan uşaqlarına verilən addır.

Elgiz adlı tanınmışlar

Elgiz Kərim oğlu Kərimov (5 yanvar 1971, Bərdə rayonu – 12 mart 1992, Naxçıvanik, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Hərbi xidmətini başa vurub Bərdəyə qayıtsa da, erməni işğalçılarının Azərbaycana hücumu ilə barışa bilməyən Kərimov 1991-ci ildə könüllü özünümüdafiə batalyonlarından birinə yazılaraq vətəninin müdafiəsinə qalxdı. Elgiz Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı çox sayda erməni yaraqlısını məhv etdi. Bu döyüşdə göstərdiyi igidlikdən sonra gənc əsgərin adı dillər əzbəri oldu. İştirak etdiyi bütün döyüşlərdə igidlik göstərən qəhrəman 1992-ci il 12 martda mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün Xocalı rayonunun Naxçıvanlı kəndinə gəldi. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarıldı, döyüşçülərimiz azad edildi. Ancaq bu döyüşdə Vətənimizin daha bir igid oğlu düşmən gülləsinə tuş gəldi. 21 yaşlı cəsur döyüşçümüz canından əziz tutduğu torpağı uğrunda qəhrəmancasına həlak oldu.

Elgiz Kərimovun günləliyindən

Elgizin yarımçıq qalmış gündəliyindəki qeydləri həyəcansız oxmaq olmur: “Cəbhəyə gedəndə anam “Bir dayan, a bala, boy-buxununa doyunca baxım”, – deyirdi. Bu gün 91-ci ilin yanvar ayının 5-i, ad günümdür. 20 yaşım tamam olur. Dostlarım dedilər ki, silahı qoy yerə. Qoymadım. Çünki ermənilər Əsgəran səmtdən amansızlıqla hücuma keçmişdilər. Biz onları geri qayıtmağa məcbur etdik. Ad günümə hədiyyə isə üç nəfəri əsir götürməyimiz oldu. Onlardan biri rus idi. Yekəpər olmasına baxmayaraq uşaq kimi ağlayır: “Ermənilər bizi satın alıblar”, – deyirdi. İkincisi Qarabağ haqqında anlayışı olmayan gəlmə “dığa” gah ingiliscə, gah da fransızca danışırdı. Üçüncüsünü isə yaxşı tanıyırdım. Həyətimizdə fəhlə işləmişdi. O, necə mənə yalvarır, imdad istəyirdi. Soruşdum: “Heç utanırsan?” Cavab verdi: “Utanmaq azdır, ölüm yaxşıdır. Allah şeytana lənət eləsin”. Şeytan isə onun qan, din, dil, əqidə, məslək tayfalarıydı.

Bir gün icazə alıb evimizə getdim. Atam qurban kəsdi. Anam nəzir dedi. Onun bu dünyada ən böyük arzusu mənim toyumu görmək idi. Heç demə, qonşu qızının “hə”sini də alıbmış. Üç gündən sonra yenidən xidmət etdiyim hissəyə qayıtdım.

Ermənilər daha da vəhşiləşmişdilər. Şuşanın səmasında sərnişin vertolyotunu vurub, 43 nəfəri öldürdülər. Kərkicahanı hər gün, hər gecə atəşə tuturdular. Xocalıya açıq-aşkar qənim kəsilmişdilər. Xankəndi ilə Əsgəran arasında əlaqə kəsilmişdi. Cəmilli kəndinin müdafiəsi zamanı ağır yaralandım. Üç ay özümdə olmadım.

Yenidən silahdaşlarımızn yanına qayıdanda dostlarım sevindilər. Ancaq bu sevinc uzun çəkmədi. Ermənilər Naxçıvanik istiqamətindən üstümüzə hücuma keçmişdilər. Bizim hərbi hissə onlara layiq olduqları cavabı verməliydi. 1992-ci il mart ayının 12-də müdafiə, gözləmə mövqeyindən çıxıb, hücuma keçdik. Düşmən tərəfi çoxlu canlı qüvvə itirdi”.

Gündəlik yarımçıq qalıb. Həmin gün Elgiz Kərim oğlu Kərimov şəhid olub. Bəy otağı qara boyanıb, bəylik kostyumu görənlərin gözlərini göynədir. Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı Fərmanı ilə Kərimov Elgiz Kərim oğlu “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüşdür. Bərdə rayonunda dəfn edilmişdir.

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir