Bəybala

Bəybala — Bəy və bala sözlərinin birləşməsindən düzəlmişdir. Burada bəy böyük başçı, bala isə oğul, uşaq anlamında işlədilir. Beləliklə, Bəybala böyük oğlan, evin böyük oğlu mənalarını verir.

Bəybala adına oxşar Balabəy adı da var. İlk baxışdan Bəybala və Balabəy adlarının tamamilə eyni olduğunu düşünmək olar, ancaq aralarında kiçik də olsa fərq var. Belə ki, Bəybala balalar, uşaqlar arasında başçı, böyükdürsə, Balabəy bəylər arasında kiçikdir, yəni kiçik başçı, ya da kiçik oğlan uşağıdır.

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir