Sərxan — əslində Sarxan adının dəyişdirilmiş variantıdır. Sar və xan sözlərinin birləşməsindən düzəlmişdir. Sərxan baş xan, böyük xan, xanlarxanı deməkdir. Sar şahinlər sinfinə mənsub olub, suda, quruda və dağ zirvələrində yaşayan yırtıcı quşdur. Qədim türklərdə totem və etnonim olan bu söz “dünya, kainat” mənasında olan “Sarı-Günəş” ilə bağlıdır.
Başqa bir açıqlamaya görə, Sarxan — türk, altay və macar mifologiyasında əjdaha ilahıdır. Sarıqan Xan, Sarıxan (Saruhan), ya da Sarıq Xan olaraq da bilinir. Əjdahaları idarə edər. Mifologiyaya görə, Sarxan əlində mis bir dəyənəklə yeraltının doqquzuncu qatında yaşayır.
Sərxan adlı tanınmışlar
Sərxan Surxay oğlu Ocaqverdiyev (16 iyul 1967, Səfikürd, Goranboy-5 may 1992, Talış, Ağdərə) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
1991-ci ildə Xocalı Soyqırımından sonra, bu vəhşiliyə dözə bilməyən Sərxan yerli könüllü batalyonuna yazılır. Bir çox doyüşlərdə igidlik göstərən qəhrəmanın son döyüşü 5 may 1992-ci ildə Talış kəndində olmuşdur. Goranboy rayonun Səfikürd kəndində dəfn edilmişdir. Nişanlı idi. Oxuduğu Tatarlı kənd orta məktəbi indi onun adını daşıyır.
Bir cavab yazın