Qara — Rəng olaraq ağ rəngin tərsini bildirsə də, sinonim olaraq bir çox anlamları var. Qara tünd, kəskin, dərin, sıx, güclü, böyük, başçı deməkdir.
Qara sözü başqa sözlərlə birləşərək bir neçə başqa adlar da yaranmışdır: Qarabala, Qaraca, Qaraman, Qaratel, Qaragilə və başqaları.
Qara adlı tanınmışlar
Qara Qarayev
Qara Əbülfəz oğlu Qarayev (5 fevral 1918, Bakı, – 13 may 1982, Moskva) — Azərbaycan-sovet bəstəkarı və pedaqoqu, Sosialist Əməyi Qəhrəmanı (1978), SSRİ xalq artisti (1959), Azərbaycan SSR xalq artisti (1958), Stalin mükafatı laureatı (1946, 1948), “Lenin” mükafatı laureatı (1967), SSRİ Ali Sovetinin IV–IX çağırış (1955–1976) deputatı, AMEA-nın akademiki.
Qara Qarayev yaradıcılığında Nizami Gəncəvi, Səməd Vurğun, Rəsul Rza poeziyasıyla birlikdə, Uilyam Şekspir, Aleksandr Puşkin və Ömər Xəyyam, Mixail Lermontov və Lope de Veqa obrazlarına üz tutmuş, müasirləri olan Nazim Hikmət, Lenqston Hyuz, Vsevolod Vişnevski, Piter Abrahams kimi XX əsr sənətkarlarının əsərlərindən ilhamlanmışdır.
Prefessor Üzeyir Hacıbəylinin sinfində Qara Qarayev “Azərbaycan xalq musiqisinin əsasları” fənnini keçirdi. Hacıbəyli ilk andan Qara Qarayevin gələcəkli istedadını aşkarlaya bilmişdi. Sonralar Qara Qarayev belə söyləyirdi: “O, əgər belə desək, mənim milli ruhum uğrunda çarpışırdı”. Qarayev muəllimi Üzeyir Hacıbəyliyə bəslədiyi sonsuz minnətdarlığını ömrünün sonunadək qoruyub saxlamışdı. Üzeyir Hacıbəylinin yaradıcılığında və Azərbaycanda ilk violino, violonçel və fortepiano triosunda həyata keçirilən aşıq üslubu Qara Qarayevi 1965-ci ildə həmin əsərin “Aşıqsayağı” simfonik transkripsiyasını yaratmağa ilhamlandırmışdı.
Qara Qarayev
Qara Elxan oğlu Qarayev (12 oktyabr 1992, Füzuli) — Azərbaycanlı futbolçu. Yarımmüdafiəçi olan Qara Qarayev, 2008-2019-cu illərdə “Qarabağ” Futbol Klubunun şərəfini qoruyub. İndi Azərbaycan Premyer Liqası klublarından “Neftçi”də çıxış edir. Qara Qarayev həmçinin 2013-cü ildən Azərbaycan yığmasına çağırılır. O, 2014 və 2020-ci illərdə Azərbaycanda iki dəfə ilin futbolçusu seçilib.
Bir cavab yazın