Alı

Alı — al sözündən düzəldilmişdir. Al sözü parlaq və qırmızı, eyni zamanda parlaq qırmızı kimi mənaları verir. Bundan başqa, əski türk dillərində həm qırmızı sözü bir neçə mənada işlənir, həm də al sözünün bir neçə başqa (almaq, aldatmaq, yalan) mənaları da var.

Alı sözü başqa sözlərlə birləşərək başqa yeni adlar da yaranmışdır: Alxan və ya Alıxan, Algül, Gülalı, Alsu və başqaları.

Alı adlı tanınmışlar

Alı Mustafayev

Alı Mustafayev
Alı Mustafayev

Alı Mustafa oğlu Mustafayev (14 aprel 1952, Qazaxbəyli, Qazax-20 noyabr 1991, Qarabağ) — Azərbaycan telejurnalisti, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.

Alı Mustafayev 1990-cı il yanvarın 20-də Bakının dar küçələrində insanların Sovet ordusu tərəfindən hədəfə alınmasını lentə köçürmüşdü. Ermənistan hərbi birləşmələrinin Azərbaycana hücumu dövründə Qarabağda qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən müsahibə və reportajlar hazırlayırdı.

1991-ci ilin 18-19 noyabrında erməni quldurlar Xocavəndin Qaradağlı kəndində kütləvi qırğın törədəndə bu xəbəri yataqda eşidən Alı Mustafayev bütün gecəni yata bilmədi. Səhəri gün iş yeri Azərbaycan Televiziyasına gəlib təcili Ağdama yola düşən qrupa rəhbərliyi öz üzərinə götürdü. Noyabrın 20-də Ağdamdan Azərbaycanın dövlət və hökumət rəsmilərini, yüksək rütbəli hərbçiləri Qaradağlıya aparan hərbi vertolyota Alı Mustafayevin reportyor qrupu son anda özünü yetirdi.

Alı Mustafayev 1991-ci il 20 noyabrda Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni terrorçularının vurduğu helikopterdə həlak oldu. O, Lalə xanım Mustafayeva ilə ailə həyatı qurmuş və ömrünün sonuna qədər onunla evli idi, üç övladı yadigar qalır.

 

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir