Qaratel

QaratelQara və tel sözlərinin birləşməsindən düzəlmişdir. Qara rəng olmaqla birlikdə tünd, kəskin, dərin, sıx, güclü, böyük, başçı mənalarını da verir. Tel isə saç, hörük deməkdir. Burada qarasaçlı kimi başa düşülür. Bu ad Azərbaycanda başlıca olaraq qız uşaqlarına verilir.

Qaratel adlı tanınmışlar

Qaratel Hacımahmudova

Qaratel Hacımahmudova
Qaratel Hacımahmudova

Qaratel Şəmi qızı Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində dünyaya gəlib. 1962-ci ildə kənd orta məktəbini bitirib və Bakı Ticarət Texnikumuna daxil olub. 1965-ci ildə oranı bitirdikdən sonra 1970-ci ilə qədər Gəncə şəhər ticarət mərkəzində işləyib. 1970-1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki UNEC) Əmtəəşünaslıq fakültəsində qiyabi təhsil alıb. 1976-cı ildən 1991-ci ilədək Elmlər Akademiyasının Ceyrançöldə fəaliyyət göstərən Azərbaycan Neft Kəşfiyyatı İdarəsində laborant işləyib.

Qaratel Hacımahmudova həm də Azərbaycan Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən olub. 1990-cı ildə kəndin cavanlarından ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulub. 14 iyun 1992-ci ildə döyüşlərdə əsir düşüb. Q.Hacımahmudova düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi zəhəri içərək, özünü güllə ilə vurub. 26 iyun 1992-ci ildə Qaratel Hacımahmudovanın cəsədi döyüşçü yoldaşlarının cəsədləri ilə birlikdə geri alınıb. Qaratel Şəmi qızı Hacımahmudova 1994-cü ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Subay idi. O, rəhmətə getmiş qardaşı Məhəmmədin üç uşağını böyütmüşdü.

 

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir