Yaşar

Yaşar — Yeni doğulan uşağın uzun ömürlü olması diləyiylə qoyulan addır. Azərbaycanda əsasən oğlan uşaqlarına verilir.

Yaşar adlı tanınmışlar

Yaşar Nuri

Yaşar Nuri
Yaşar Nuri

Yaşar Nuri (3 sentyabr 1951Bakı – 22 noyabr 2012Bakı) — Yaşar Məmmədsadıq oğlu Nuriyev Azərbaycan kino, televiziya və teatr aktyoru, Azərbaycan Dövlət Akademik Dram Teatrının üzvü olmuşdur. O, Azərbaycan və Sovet dövrünə aid əllidən çox filmdə, həmçinin 100-dən çox televiziya və səhnə rollarında çəkilib. Yaşar Nuri cəsarətli aktyor kimi qəliz rəqs nömrələrini, muğam və ya estrada, yaxud aşıq musiqisi üzərində qurulan satirik, dramatik, psixoloji, komik, qroteskli, karnaval estetikasına uyğun obrazların ifasında uğur qazana bilmişdir.

Teatr aktyoru kimi görkəmli sənətkar olan Yaşar Nuri həm də məşhur kino ustasıdır. Onun böyük populyarlıq qazandığı çoxlu ekran obrazları var. Əlliyə yaxın bədii filmə çəkilib, Azərbaycan Dövlət Televiziyasında hazırlanmış yüzdən çox tamaşada, bədii kompozisiyada, satirik səhnəciklərdə iştirak edib. Onun əsasən baş rolları ifa etdiyi teletamaşalar televiziyanın fondunda daimi sənət nümunələri kimi qorunur. Bunlardan Ramiz Həsənoğlunun hazırladığı Ruhəngiz Qasımovanın “Yollar görüşəndə…”, “Ömrün yolları”, İsi Məlikzadənin “Qatarda”, Anarın “Evləri köndələn yar”, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”, Hüseyn Cavidin “Topal Teymur”, Aslan Qəhrəmanovun əsərləri əsasında Tariyel Vəliyevin lentə aldığı “Səni axtarıram”, “Bağışla”, “Səndən xəbərsiz” trilogiyası, İslam Səfərlinin “Göz həkimi”, Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında “Ac həriflər” və başqa televiziya tamaşalarını göstərmək olar.

Kinorejissor Şamil Mahmudbəyovun ekranlaşdırdığı “Dörd Bazar Günü” filmində yaratdığı Seyran obrazı Yaşarın kinoda ilk işi oldu. Bunun ardınca isə o, irili-xırdalı onlarla filmdə müxtəlif xarakterli sadə insanların, müftəxorların, nakəslərin, yaramazların, fırıldaqçıların obrazlarını kinolentin yaddaşında yaşatdı. Yaşarın maraqlı rollarından biri də “Əzablı Yollar” nağıl-filmindəki kiçik div obrazı olur. Aktyorun maraqlı və yaddaqalan obrazlarından biri də “Yol Əhvalatı” filmindəki Makintoş roludur.

Vaqif Mustafayevin müştərək işlərindən olan “Musiqili Xaş” və “Bəyin Oğurlanması” (rəhmətlik Ceyhun Mirzəyevlə birlikdə) filmlərində də Yaşar tipik obrazlarla yadda qalır və bunların arasında İsrafil (“Bəyin Oğurlanması”) obrazının özəl yeri var. Yaşarın obrazlar kolleksiyasından söz açdıqda onun “Yaramaz”dakı Maşallahını, “Lətifə”dəki Məmmədini, “Qətl Günü”ndəki Mahmud doktorunu, “Nə gözəldir bu dünya…”dakı Asim Əliyeviçi, “Hər Şey Yaxşılığa doğru”, “Nakəs”, “Fransız”, “Yoxlama” filmlərindəki bir-birindən maraqlı və yaddaqalan rollarını mütləq yada salmalıyıq. Bu rolları tamaşaçılara sevdirən də məhz aktyorun böyük sənətkarlıq bacarığı və çəkdiyi sonsuz zəhmətdir.

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir