Anar — Azərbaycanda Anar adını daşıyan ilk şəxs yazıçı Anardır. Sonradan Azərbaycanda çox geniş yayılmış oğlan adına çevrilmişdir.
- Unutmayan, hər zaman yaddaşında tutan birisi.
- Başqa bir versiyaya görə, Anar adı “Anası Nigar Atası Rəsul” sözlərinin baş hərflərindən yaradılmışdır.
Anar adlı tanınmışlar
Anar
Anar Rəsul oğlu Rzayev (14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri, Azərbaycan Xalq yazıçısıdır. Anarın atası şair Rəsul Rza, Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.
Anarın anası şairə Nigar Rəfibəyli 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuşdur. O, məşhur Rəfibəylilər nəslindəndir. Nigar xanım Azərbaycanın tanınmış ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir.
Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır. 1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökumətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra tutulmuş, Gəncə üsyanının təşkilində günahlandırılaraq güllələnmişdir.
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar. 1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya girsə də, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Anar və Zemfira xanımın iki uşaqları var: böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiridir. Qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.
Anar Məmmədxanlı
Anar Məmmədxanlı (20 iyul 1970, Bakı – 23 aprel 2011, Bakı) — dövlət və ictimai xadimi olmuşdur. Anar Məmmədxanov “Bakılı oğlanlar” komandasının kapitanı kimi 1992, 1993, 1995-ci illərdə Şən və Hazırcavablar Klubları arasında MDB çempionu, 2000-ci ildə isə XX əsr çempionu olmuşdur. 2005-ci il noyabrın 6-da 30 saylı Suraxanı birinci seçki dairəsindən deputat seçilmişdi. Azərbaycan Respublikası I, II və III çağırış Milli Məclisinin deputatı idi. “Ultra Production” şirkətinin və “Day.az” xəbər saytının yaradıcısı idi. Ölümünün səbəbi kəskin ürək qan-damar çatışmazlığı ürəyin işemik xəstəliyi olub. Evli idi, 3 övladı yadigar qalıb.
Bir cavab yazın