Polad — Dəmir ərintisi ilə karbondan yaranmış gümüşü-boz metaldır. Polad adının mənası güclü, yenilməz, sarsılmaz biri deməkdir.
Polad adlı tanınmışlar
Polad Bülbüloğlu
Polad Bülbüloğlu (doğum adı: Polad Murtuza oğlu Məmmədov; 4 fevral 1945, Bakı) — Azərbaycan bəstəkarı və müğənnisi, Azərbaycanın keçmiş mədəniyyət naziri (1988–2006), Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri (2006-indiyədək), Azərbaycan SSR xalq artisti (1982), Türkmənistanın xalq artisti (2017), TÜRKSOY-un sədri (1994), Dağıstan Respublikasının əməkdar incəsənət xadimi.
Polad Murtuza oğlu Məmmədov 4 fevral 1945-ci ildə Bakıda anadan olmuşdur. Özünə soyad kimi atasının ləqəbini — Bülbül götürmüşdür. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (Qara Qarayevin sinifi). Polad geniş yayılmış bir sıra mahnıların müəllifi və onların ifaçısı kimi tanınmışdır. Kino-filmlərin, dram tamaşalarının musiqilərinin, simfoniya, simfonik poema və başqa əsərlərin müəllifidir.
Polad Həşimov
Polad Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində öncə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək, peşəkar hərbçi olub.
P.Həşimov 2003-cü ildə mayor rütbəsində Prezident Heydər Əliyevin sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib. 6 il sonra, 2009-cu ildə isə o, artıq polkovnik-leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunub. 2014-cü il iyunun 25-də III dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilən Polad Həşimov, 2016-cı ilin Aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə mükafatlandırılıb.
Polad Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən döyüşlər zamanı Talış qəsəbəsi uğrunda gedən döyüşləri aparan 1-ci Ordu Korpusunun Qərargah rəisi olub və döyüş vaxtı yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Qərargah rəisi təyin olunub.
Bir cavab yazın