Elman — El və man sözlərinin birləşməsindən düzəlmişdir. Elin adamı anlamını verir. Əski türk dillərində “man” sözdüzəldici şəkilçi kimi işlənirdi. Azərbaycanda başlıca olaraq oğlan uşaqlarına verilən addır.
Elman adlı tanınmışlar
Elman Süleyman oğlu Hüseynov (28 fevral 1952, Azad Qaraqoyunlu, Tərtər-14 yanvar 1993, Vəngli, Kəlbəcər) — 1991-ci ildə yüksək dövlət vəzifələrində işləməsinə baxmayaraq könüllü olaraq Tərtərin müdafiəsi üçün tabor yaradılması ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmişdi. O, 1991-ci ilin sentyabrında Tərtər özünümüdafiə qərargahının rəisi, 1991-ci ilin noyabrında Tərtər ərazi özünü müdafiə batalyonunun komandiri olunmuşdur. Ağdərə rayonunun və ətraf yaşayış məntəqələrinin düşməndən azad olunmasında fəal iştirak etmişdir. Şəxsi rəhbərliyi altında keçirilmiş döyüş əməliyyatları nəticəsində düşmənin xeyli canlı qüvvəsi və texnikası məhv edilmişdir. Döyüşlərdə iki dəfə yaralanmışdır. 1993-cü il yanvarın 14-də Vəng yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olmuşdur. Evli idi. Bir oğlu, iki qızı yadigar qalıb. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Bir cavab yazın