Çingiz

Çingiz — “teniz”, ya da “tengiz” sözündən olub, dəniz anlamını verir. Başqa bir varianta görə, monqolca “amansız” mənasını verən “çingiz” sözündən yaranmışdır. Eləcə də bu adı “böyük, güclü, yorulmaz” anlamını verən monqolca “göylərin oğlu” kimi də açıqlayırlar.

Oğuz Xan (Oğuz Xaqan) dastanına görə, Oğuzun altı oğlundan biri Tengiz (Çingiz, yəni Dəniz) Xan olub. Ancaq maraqlıdır ki, Azərbaycanda Dəniz adı başlıca olaraq qız uşaqlarına, Çingiz adı isə oğlan uşaqlarına verilir.

Çingiz adlı tanınmışlar

Çingiz Mustafayev

Çingiz Mustafayev
Çingiz Mustafayev

Çingiz Mustafayev (29 avqust 196015 iyun 1992NaxçıvanikXocalı rayonu) — Azərbaycanın şəhid telejurnalisti, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev 1960-cı il avqustun 29-da Həştərxan vilayətinin Vladimirovski rayonunun Kapustin-Yar kəndində Fuad Mustafayev və Naxış Mustafayevanın ailəsində anadan olub. Atası onu hərbçi görmək istədiyindən, Çingizi Cəmşid Naxçıvanski adına hərbi liseyə yollayıb.

Novator fikirləri olan Ç.Mustafayev 1970-ci illərdə SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olub. O, Azərbaycanın ilk DJ-i kimi də tanınır. Anası onu həkim görmək istədiyindən, Çingiz Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olub. 1983-cü ildə institutu uğurla bitirib. Daha sonra, o, İnşaat Mühəndisləri İnstitutunun yataqxanasında baş həkim işləyib.

Ermənistanın Azərbaycana qarşı Qarabağ təcavüzü başlayandan sonra Çingiz jurnalistikaya üz tutub. Yalnız Azərbaycan miqyasında fəaliyyət göstərməklə kifayətlənməyib. Onun reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapıb.

Dövlət televiziyasında olan senzura və ciddi yasaqlar Çingiz Mustafayevi geniş fəaliyyət imkanlarından məhrum etdiyinə görə o, “215 kl” studiyası kimi muxtar qurumun yardılmasının təşəbbüskarı olub. Çingizin reportajları birbaşa cəbhədən olduğuna görə, “215 kl” studiyasını tamaşaçılar məhz müharibədən məlumat verən telequrum kimi qəbul edirdilər.

Çingiz Mustafayev səkkiz ay ərzində Qarabağ müharibəsi haqqında 18 sənədli film çəkib. O, döyüş zonalarına yalnız reportyor kimi yollanmayıb. Həmçinin cəbhədə bir əsgər, zabit və hətta komandan kimi vəzifələri öz üzərinə götürüb. Laçından çıxan əsgərlərlə onun geri qayıtmaq bərədə verdiyi kəskin və qısa göstərişlər, bu əmrlərin yerinə yetirilmədiyi təqdirdə Çingizin emosional davranışı televiziya tarixinin dramatik səhifələri kimi yadda qalıb.

Çingiz Mustafayev Azərbaycanda reportajları ilə məşhur olsa da, dünya onu daha çox Xocalıda çəkdiyi filmlə tanıdı. Şəhid telejurnalistin məhz bu filmi ilə Ermənistanın reputasiyası bütün dünyada ciddi sarsıntıya məruz qaldı. O isə həmin hadisəni Seyidağa Mövsümlüdən iki gün sonra fevralın 28-də lentə ala bildi.

Çingiz Qurbanov

Çingiz Qurbanov (24 noyabr 1994HəzrəQusar rayonu29 dekabr 2016Tovuz rayonu) — Azərbaycan Ordusunun əsgərinə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” (2017) adı verilib.

Çingiz Babayev

Çingiz Babayev (2 oktyabr 1964, Bakı-28 oktyabr 1995, Bakı) — 1992-ci ildə Əhalinin Əmək və Məşğulluq Mərkəzində aparıcı mütəxəsis olan Çingiz Babayev könüllü olaraq Milli Ordu sıralarına qoşulur və qərərgah rəisi vəzifəsində çalışır. 1995-ci ildə Bakı metrosunda yanğını zamanı qatarda sərnişinlər arasında idi. O, vaqonlarda olan insanları xilas etməyi bacarır. Onlarla insan bu faciədən xilas olsa da özü şəhid olur. Subay idi. Ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Çingiz Mustafayev

Çingiz Mustafayev (müğənni)
Çingiz Mustafayev (müğənni)

Çingiz Mustafayev (11 mart 1991, Moskva, Rusiya) — Azərbaycanlı müğənnidir. O, 2007-ci ildə Azad Azərbaycan teleradio və “Soy Production” şirkətlərinin keçirdiyi “Yeni Ulduz-7” musiqi yarışmasının qalibi olub. 2012-ci ildə “Palmas” musiqi qrupunu yaradıb. “Truth” mahnısı ilə Azərbaycanı İsrailin Tel-Əviv şəhərində keçirilən Eurovision 2019 mahnı yarışmasında təmsil edib və 8-ci yeri tutmuşdur.

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir