Oğuz

Oğuz — Günümüzdə Oğuz sözü böyük, artan soy kimi başa düşülür. Oğuz oxlar, boylar, soylar birliyidir. Araşdırmalar Oğuz adının 4 anlamda işləndiyini göstərir:

  1. Oğuz el-oba anlamını verir (örnək: “Oğuz bir gün yaylağa köçdü”);
  2. Oğuz “türkmən” sözü kimi xalqın adını bildirir (örnək: “Oğuzun arsızı türkmənin dəlisinə bənzər”);
  3. Oğuz hökmdarın adıdır, şəxs adıdır (örnək: “Oğuz xanın ilxıçısı gəlib xəbər gətirdi”);
  4. Oğuz yer adıdır (örnək: “…İç Oğuz, Daş oğuz bəylərin üstünə yığnaq etdi”).

Oğuz adlı tanınmışlar

Oğuz Xan

Oğuz Xan və 6 oğlu
Oğuz Xan və 6 oğlu

Birinci Göytürk Xaqanlığı 630-cu ildə böyük böhran dönəminə girdiyi vaxt Orxon vadisində türk boylarından doqquzu (Doqquz Oxlar) birləşərək, bir xaqanlıq qurdular. İkinci Göytürk Xaqanlığı qurulduqdan sonra oğuz adıyla tanınan türk boyları onlar oldular. Bir çətir altında birləşən türklər özlərinə Üç Oğuz, Altı Oğuz, Doqquz Oğuz, Otuz Oğuz və b. kimi adlar verdilər.

Oğuz adına ilk dəfə Yeniseyin daş kitabələrində rast gəlinib. Mahmud Qaşqariyə görə, 22 boydan, “Oğuz Xan” dastanına görə isə 24 boydan ibarət Orta Asiya kökənli ən böyük türk boyudur. VII əsrə yaxın dövrlərdə böyük köçlərlə yer dəyişdirməyə başlayıblar. Bizans qeydlərinə görə, əvvəlcə Balkan yarımadasına üz tutublar.

Qədim türk dastanlarına görə, oğuzlar Oğuz Xanın 6 oğlu və onların hər birinin 4 oğlundan doğulublar. Tarixi mənbələrə görə, oğuzlar Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, İran, İraq, Suriya, Misir və Balkan yarımadasında (Bolqarıstan, Rumıniya, Yunanıstan, Şimali Makedoniya, Kosovo və Serbiya) yaşayan türklərin atalarıdır.

“Oğuz” sözünün“güclü” anlamını verən “öküz” anlamında bir ləqəb olduğu və Mete Xanın öküz buynuzlu bir dəbilqə taxmasına görə bu ləqəbin istifadə edildiyi bildirilir. Bir sıra mənbələr Hun hökmdarı Metenin əslində Oğuz Xanın özü olduğunu iddia edir. Bu iddianı irəli sürən mənbələr Quranda Zülqərneyn (iki buynuzlu) olaraq adı keçən peyğəmbərin Mete Xan olduğunu bildirir. Oğuzlarda liderlərin hakimiyyətinin gücünü simvolizə edən “qut” anlayışı da, onların peyğəmbər soyundan gəlməsi inancından ortaya çıxmışdı. Oğuz boyları tərəfindən qurulan böyük və kiçik dövlətlərdə xaqanın həmişə Oğuz Xanın soyundan gəldiyinin qeyd olunması da, bu inanca əsaslanırdı.

Ancaq Mete Xanın Oğuz Xan olmadığını düşünənlər də az deyil. Belə ki, Oğuz Xan Hz. Nuhun (ə.s.) 10-cu nəsildə nəvəsidir və təqribən E.ə. 3000-ci illər-E.ə. 2000-ci illər aralığında yaşadığı düşünülür. Mete Xan isə E.ə. 243-E.ə. 174-cü illərdə yaşamışdır. Habelə, Oğuz xanın 6  oğlu (Gün, Ay, Yıldız (Ulduz), Tengiz (Dəniz), Göy və Dağ (Tau)), Mete Xanın isə 1 oğlu (Cuçi Xan) olmuşdur.

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir