Atabəy

Atabəy — Ata və bəy sözlərinin birləşməsindən düzəlmişdir.

Atabəy adlı tanınmışlar

Atabəy Şəmsəddin Eldəniz

Orta əsrlər türk döyüşçüsü
Orta əsrlər türk döyüşçüsü

Atabəy dediklə ağıla ilk gələn şəxs Şəmsəddin Eldəniz (1110-1175, Naxçıvan) olur. Azərbaycanın I böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Sultan Arslan şahın atabəyi, mənşəcə qıpçaqlardan olan Şəmsəddin Eldəniz Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin yaradıcısı, siyasi xadim və sərkərdədir.

Eldənizin tabeçiliyində olan torpaqlar Tiflis qapılarından Mekrana qədər uzanırdı. Azərbaycan, Arran, Şirvan, Cəbəl, Həmədan, Gilan, Mazandaran, İsfahan və Rey ona tabe idi. Mosul, Kirman, Fars atabəyləri, Şirvan, Xuzistan, Xilat, Ərzən ər-Rum və Marağa hakimləri vassal kimi onun adına pul kəsir, cümə namazında oxunan xütbədə Eldənizin adını xəlifə və sultanın adından sonra zikr edirdilər.

Şəmsəddin Eldəniz 1175-cı ildə həyat yoldaşı Möminə Xatunun ölümündən sonra onun adına türbə tikdirilməsini əmr vermiş, ancaq özü də qısa müddət sonra vəfat etdiyinə görə türbə oğlu Məhəmməd Cahan Pəhləvanın hakimiyyət illərində hazır olmuşdur. Yusif ibn Küseyir abidəsi də onun hakimiyyət illərində hazırlanmışdır. Ümumiyyətlə Şəmsəddin Eldənizin hakimiyyəti illərində mədəniyyətin və elmin bütün sahələrində inkişaf olmuşdur. Naxçıvan-Marağa memarlıq məktəbi güclü inkişaf etmiş, bu memarlıq məktəbinin nümayəndəsi Əcəmi Naxçıvani bir çox memarlıq abidələri inşa etmişdir. Onun dövründə Ərdəbil, Naxçıvan, Təbriz, Beyləqan və Gəncə şəhərləri yüksək inkişaf etmişdi. Eldənizlərin sikkə sarayında adına bir çox dirhəmlər zərb olunmuşdur. Dirhəmlərdən bir neçəsi Azərbaycan Tarix Muzeyində saxlanılır.

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir