Babək

Babək — Bay (böyük) və bəy sözlərinin birləşməsindən yaranmış, böyük başçı anlamını verir. Azərbaycanda IX yüzillikdə yaşamış xalq qəhrəmanının adı kimi geniş yayılmışdır.

Babək adlı tanınmışlar

Babək Xürrəmi

Babək filmi (Rasim Balayev)
Babək filmi (Rasim Balayev)

Babək (Babək Xürrəmi və ya Babək Xürrəmdin) — Azərbaycanın xalq qəhrəmanı Ərəb Xilafətinə qarşı azadlıq müharibəsinə başçılıq edib. Dəqiq tarix bilinməsə də, təqribən 1 iyul 798-ci ildə Ərdəbil şəhəri yaxınlığındakı Bilalabad kəndində anadan olduğu yazılır. Babəkin atası Abdulla Azərbaycan şəhərlərində bitki yağı alveri ilə məşğul olurdu. Babəkin anası ilə də o, yağ satarkən Bilalabad kəndində tanış olmuşdu. Bir dəfə Ərdəbil yaxınlığında quldurların hücumuna məruz qalır və evə qayıdandan sonra aldığı yaralardan ölür. Onun dul qadını iki uşağı — Həsən və Abdulla ilə tək qalır. Böyük oğlu Həsən (bir sıra mənbələrə görə Əsən) sonralar Babək adı ilə məşhurlaşır.

Babək on yaşına çatanda anasına kömək etmək üçün naxıra gedir. Bir neçə il sonra Babək karvanlara qoşulur, atası kimi yağ satmaq üçün qarış-qarış Azərbaycanın hər yerini gəzir. Bu gəzintilər zamanı ölkənin coğrafiyasını yaxından tanıması sonralar ona ərəblərin nizamlı orduları ilə döyüşlərdə çox kömək edir. Babək Təbrizə gedir, orada xürrəmilərin təlimi ilə tanış olur. On səkkiz yaşında Təbrizdən Bilalabada, anasının yanına qayıdır.

Bilalabad yaxınlığındakı Bəzz adlanan keçilməz dağ qalasında varlı vilayət hakimi, Cavidan ibn Sührək deyə çağrılan bir xürrəmi yaşayırdı. Bir dəfə qış vaxtı Zəncanda mal-qarasını satıb qalaya qayıdarkən Cavidan yolda qar fırtınasına düşür. Onun dəstəsi sığınmaqdan ötrü Bilalabada dönür və təsadüf üzündən Babəkin anasının evinə düşürlər. Babəklə görüşü Cavidanı çox təəccübləndirir. O, ucqar kənddəki bu kasıb kəndli daxmasında öz yaşından çox-çox qabağa getmiş belə bacarıqlı bir cavanla qarşılaşacağını gözləmirdi. Buna görə də götür-qoy etmədən Babəkin öz dəstəsinə qoşulmasını istəyir. Babək anasının tənhalığını səbəb gətirərək, bu təklifə razılaşmır. Onda Cavidan Babəkin anasına oğlunu buraxmasından ötrü ağız açır və ayda ona 50 dirhəm göndərəcəyinə söz verir. Anası razı olur və səhər tezdən Babək döyüşçü yoldaşları ilə Bəzz qalasına yola düşür.

Babəkilər (Xürrəmilər) hərəkatı

Babəkin heykəli (Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Babək şəhəri)
Babəkin heykəli (Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Babək şəhəri)

Babək Bəzz qalasında malikanələrin idarəçisi işlədiyi az bir vaxtda yoldaşlarının böyük hörmət və rəğbətini qazanır. Cavidan Əbu İmran adlı qonşu feodalla (o da xürrəmi idi) daimi düşmənçik etdiyi üçün hər zaman döyüş hazırlığı vəziyyətində idi. O, 816-cı ildə döyüşlərin birində Əbu İmranu öldürsə də ölümcül yaralanır və 3 gündın sonra ölür. Arvadı bildirir ki, Cavidan vəsiyyətində bütün qoşunların ona olduğu kimi Babəkin ruhuna tabe olmasını vəsiyyət edib. Bundan sonra bütün ordu üzvləri Babəkin qarşısında and içərək onun əlini öpürlər.

Beləliklə, bundan sonra Xürrəmilər hərəkatının yeni mərhələsi – 20 il davam edəcək Babəkilər hərəkatı başlayır. Babək Bəzz qalasının başına keçdikdə onun tərəfdarlarının sayı çox deyildi. Bundan başqa, xürrəmilərin dini inancında adam öldürmək, əzab və müharibə yox idiı. Babək onlara qılınc və xəncər paylayıb əmr etdi ki, öz kəndlərinə gedib çıxış üçün siqnallarını gözləsinlər.

Babək xəlifə Məmunun (813-833) Ərəb xilafəti orduları üzərində 819-cu, 821-ci, 827-ci, 829-cu (I Həştadsər), 830-cu (I Həmədan) illərdə qələbələr qazan­dı. Məmunu əvəz edən qardaşı Mötəsimin (833-842) dövründə, 833-cü ildə baş verən döyüşdə (II Həmə­dan) Babək məğlub oldu. Bütün diqqətini Babəkə qarşı yönəldən xəlifə 835-ci ildə türkmənşəli Afşini xürrəmilərə qarşı müharibə edən qoşunların baş komandanı müəyyən etdi. 836-cı ildə Babək Ərəb orduları üzərində son qələbəsini (II Həştadsər) qazandı.

Babəkin bütün səylərinə baxmayaraq 837-ci ildə Bəzz qalası süqut etdi. Bundan sonra Arrana gələn Babək Bizans imperatoru Feofilin yanına getmək istəyirdi. Ancaq Babəkin keçmiş müttəfiqi, Sünik vilayətindəki Şəki qalasının hakimi Səhl ibn Sumbatın xəyanəti nəticəsində ərəblərin əlinə keçdi və 837-ci il martın 14-də Bağdad yaxınlığında Samirə şəhərində edam edildi.

Babəkin qırmızı bayraq qaldırması, gücünü yerli camaatdan alıb xalq hərəkatına başçılıq etməsinə görə, onu kommunist adlandırmaq kimi gülünc fikrə düşənlər də olub. Ərəb mənbələrində Babəkin dinsiz adlandırılması isə sovet ideologiyası üçün çox önəmli “tapıntı” idi.

Babək Səmidli

Babək Səmidli
Babək Səmidli

Babək Mətləb oğlu Səmidli (7 yanvar 1974Göyçay – 23 noyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Ordusunun polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə Komandir müavini, İkinci Qarabağ müharibəsinin şəhididir. Babək Səmidli ölümündən sonra “Zəfər” ordeni, “Vətən uğrunda” medalı və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

Babək Səmidli 2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. O, 2020-ci ilin noyabrda minaya düşməsi nəticəsində şəhid olub. Babək Səmidli noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Ailəli idi. Mətləb və Səmid adında 2 oğlu yadigar qalır.

 

 

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir