Yalçın

Yalçın — Dim-dik. Bu ad Azərbaycanda başlıca olaraq oğlan uşaqlarına verilir.

Yalçın adlı tanınmışlar

Yalçın Canhəsən oğlu Nəsirov (23 yanvar 1976, Astara – 24 mart 1995, Bakı) — “Azərbaycanın Milli Qəhrəmanı”, Mart hadisələri zamanı şəhid olmuşdur.

Yalçın İmran oğlu Rzazadə (31 dekabr 1946, Boladı, Lənkəran rayonu – 22 fevral 2021, Bakı) — tanınmış Azərbaycan müğənnisi, Azərbaycan Respublikasının xalq artisti (2000). Cahangir Cahangirov, Tofiq Quliyev, Emin Sabit oğlu, Oqtay Kazımi, Telman Hacıyev, Elza İbrahimova, Oqtay Rəcəbli, Ramiz Mirişli, Nəriman Məmmədov, Kamal, Eldar Mansurov, Firəngiz Babayeva kimi bəstəkarlar Yalçın Rzazadə üçün mahnılar yazmışlar.

Yalçın Rzazadə “Od içində” filmində baş rola – Əmir bəy roluna çəkilir. Bu filmdən sonra Yalçın Rzazadə yenidən filmlərə çağırılsa da, çoxsaylı qastrol səfərləri, Azərbaycanın bölgələrində verdiyi konsertlər filmlərə çəkilməyə imkan vermir. “Dədə Qorqud”, “Gün keçdi”, “Qaynana”,”Bayquş qayıdanda”, “Baladadaşın ilk məhəbbəti” kimi filmlərin musiqilərinə Yalçın Rzazadə öz ifası ilə ölməzlik bəxş edib.

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir