Elxan

Elxan — El və xan sözlərinin birləşməsindən düzəlmişdir. Elin başçısı anlamını verir. Azərbaycanda başlıca olaraq oğlan uşaqlarına verilən addır.

Elxan adlı tanınmışlar

Elxan Qaçay oğlu Zülfüqarov (29 iyun 1954, Uçbulaq kəndi, Füzuli-5 yanvar 1994, Şükürbəyli, Füzuli) — 1992-ci ildə könüllü olaraq Milli Orduya qoşulmuşdur. Laçın, Qubadlı, Zəngilan, Füzuli rayonlarında gedən döyüşlərdə iştirak etmişdir. Onu “Edik” kimi tanıyan ermənilər başına mükafat qoymuşdular. 40-dan çox hərbi əməliyyatda iştirak etmişdir. Qısa müddətdə ona kapitan rütbəsi verilmiş və kəşfiyyat qrupunun komandir müavini vəzifəsinə təyin olunmuşdur. Erməni, rus dillərini səlis bildiyi üçün ən önəmli məlumatları əldə etməyi bacarırdı. 4 yanvar 1994-cü ildə kəşfiyyat zamanı əldə etdiyi məlumatlar sayəsində 19 kənd azad edilmiş, düşmənin onlarla canlı qüvvəsi məhv edildikdən sonra saysız silah-sursat, ağır hərbi texnika ələ keçirilmişdir.

Elxan Zülfüqarov 5 yanvar 1994-cü ildə Şükürbəyli kəndi uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olmuşdur. Ailəli idi, dörd övladı qalıb. Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə Zülfüqarov Elxan Qaçay oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir