Qorxmaz

Qorxmaz — Qorxmaq sözündən düzəlib, qarxmayan biri deməkdir. Bu ad Azərbaycanda başlıca olaraq oğlan uşaqlarına verilir.

Qorxmaz adlı tanınmışlar

Qorxmaz Abış oğlu Eyvazov (1 aprel 1967, Güləbird, Laçın-10 fevral 1994, Cocuq Mərcanlı, Cəbrayıl) — Polis starşinası, Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Qorxmaz 1988-ci ildə Laçında yaradılmış özünümüdafiə dəstəsinə qoşulur. 1991-ci ildə Laçın rayon polis şöbəsinə qəbul edilir. Qorxmaz Eyvazovun döyüş yolu öz doğma yurdunda Güləbird, Qazıdərəsi, Suarası, Mazutlu kəndlərindən başlayır. Qızartı dağı uğrunda gedən döyüşlərdə onun xüsusi fəallığı nəticəsində düşmənin bir tankı ələ keçirilir. 4 avqust 1992-ci ildə erməni quldurları yenidən Qızartı dağını ələ keçirmək üçün hücuma keçirlər və Qorxmaz qolundan güllə yarası alır. O, qolunun fəaliyyətinin itirilməsinə baxmayaraq bir neçə ay çəkən müalicədən sonra yenidən döyüşlərə qatılır. Füzuli rayonu ərazisində gedən döyüşlərdə Qorxmaz böyük şücaət göstərir. Horadiz əməliyyatı zamanı göstərdiyi igidliyə görə onu rota komandiri təyin edirlər və Daxili İşlər Nazirliyi tərəfindən mükafatlandırılır.

Horadizin işğaldan azad edilməsi zamanı Qorxmaz 1 erməni tankını 2 erməni ilə birlikdə əsir götürərək qənimət kimi gətirir və Heydər Əliyev tərəfindən qol saatı ilə mükafatlandırılır. 10 fevral 1994-cü ildə Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndi uğrunda gedən döyüşdə o, düşmənin çox sayda canlı qüvvəsini məhv edir, ancaq bu döyüşdə özü də şəhid olur. Ailəli idi. İki övladı yadigar qalıb.

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir