Aslan — əski türk dilində “arslan” (heyvanların şahı sayılan “şir” deməkdir) sözündəndir. Türk tayfalarından qaraxanlılarda və səlcuqlarda titul kimi də işlədilmişdir.
Aslan adlı tanınmışlar
Aslan Qabil oğlu Atakişiyev (16 avqust 1953, Muradxanlı, Qubadlı-7 avqust 1992, Laçın) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Qarabağ hadisələri başlayanda Aslan müəllim işləyirdi. Vətən torpaqlarının təhlükə altında olduğunu görən Aslan öz doğma peşəsindən ayrılıb cəbhəyə yollanır. Göstərdiyi hünər və cəsarət az vaxt içərisində onu tabor komandirinin müavini kimi məsuliyyətli bir vəzifəyə gətirib çıxarır. Ancaq tabor komandirinin müavini olmasına baxmayaraq öz əsgərləri içərisində qızğın yerlərdə döyüşə birinci atılırdı.
Aslan Laçın rayonu uğrunda gedən döyüşlərdə Mazutlu, Səfiyan, Türklər, Suarası kimi kəndlərdə əsl qəhrəmanlıq göstərir. 1992-ci il 7 avqustda Sussuzdağ yüksəkliyi uğrunda qızğın döyüşlər gedirdi. Elə onun son döyüşü də burada oldu. Yağı düşmən çoxdan idi ki, onu nəzarətə almışdı. Döyüş zamanı Aslan Atakişiyev əsl mənada qəhrəmanlıq göstərib həlak olub. Ona ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adını verilmişdir. Ailəli idi, üç övladı yadigar qalıb.
Bir cavab yazın