Aytəkin

Aytəkin — Ay və təkin sözlərinin birləşməsindən düzəlmişdir. Əski türk dillərində təkin – şahzadə deməkdir. Aytəkin ay kimi, aya oxşayan şahzadə anlamını verir. Azərbaycanda başlıca olaraq qız uşaqlarına verilsə də, eyni zamanda oğlan adıdır.

Aytəkin adlı tanınmışlar

Aytəkin İsrayıl oğlu Məmmədov (29 may 1967, Göyəlli, Gədəbəy-aprel 1991, Göygöl) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

1991-ci ildə DİN-nin Xüsusi Təyinatlı Polis dəstəsinə qoşulur. 1991-ci il Göygöl rayonu erməni işğalçıları tərəfindən hücuma məruz qalanda Aytəkin döyüşə atılır. Erməni yaraqlılarını məhv edən cəsur döyüşçü qəhrəmancasına həlak olur. Göyəlli kənd qəbristanlığında dəfn edilir. Subay idi. Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Məmmədov Aytəkin İsrayıl oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

 

 

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir