Ataman — Ata və man sözlərinin birləşməsindən düzəlmişdir. Əski türk dillərində “man” sözdüzəldici şəkilçi kimi işlənirdi. Ataman atasının adamı, ya da böyük biri anlamını verir.
Atamanlar qədim türklərdə, sonralar isə kazaklarda qoşun başçılarına deyilirdi. Ataman hərbi demokratiya ünsürü daşıyırdı və irsi deyildi. Müharibə zamanı üçün seçilən atamanları varına görə deyil, ağıllarına, igidliyə və başqa şəxsi bacarıqlarına görə seçirdilər. Ancaq ataman vəzifəsi də bir çox başqa vəzifələr kimi tarixi transformasiyaya uğramışdı.
Bir cavab yazın