Təbriz

Təbriz — Azərbaycanın ən böyük və bəlkə də ən qədim şəhərinin adıdır. Tarix boyu bir çox Azərbaycan dövlətlərinin paytaxtı olan Təbriz şəhəri bu gün də bütöv Azərbaycanın mənəvi və mədəni paytaxtı sayılır. Eldənizlər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəfilər və başqa dövlətlərin paytaxtı olmuşdur.

Təbriz şəhəri 1890-cı ilə qədər əhalinin sayına görə Qacarlar imperiyasının ən böyük şəhəri, 1963-cü ilə qədər isə Pəhləvilər imperiyasının 2-ci ən böyük şəhəri olmuşdur. O, indiki İran İslam Respublikasının ərazisinə görə 3-cü və əhalisinin sayına görə isə 5-ci ən böyük şəhəridir.

Təbriz şəhərinin adının etimologiyası

Təbriz şəhəri
Təbriz şəhəri

Təbrizin və onun əyalətlərinin əhalisinin türkköklü və türkdilli olması imkan verir ki, şəhərin adı doğma dildə axtarılsın. Şəhərinin adı yazılı mənbələrdə Tavrez, Tavriz, Tavariz kimi də getmişdir. Təbriz şəhəri elm və mədəniyyət mərkəzi olmaqla yanaşı həm də, beynəlxalq karvan yollarının qovşağında yerləşirdi. Bu şəhər Avropa-Asiya ölkələri arasında ipək və toxuculuq malları ticarətində əsas həlledici rol oynayırdı.

Kaşğarinin “Divani Lüöəti Türk”ündə (tərcümə pr.Ramiz Əskər) “təvə, təvəy, təvi” sözləri tərcümədə “dəvə” heyvanının tərcüməsi kimi verilir. Bu sözdə sadəcə olaraq t-d mümkün keçidi baş vermişdir: “təvə-dəvə”. Həmin lüğətdə “tavar” sözü “mal, əşya” kimi göstərilmişdir.Eyni zamanda “tavar” sözü heyvanat mənasında “davar” kimi də verilmişdir. ”Təvə, dəvə” sözü dövründə psixolinqvistik yolla bir neçə yeni sözlər yaratmışdır.

Bilirik ki, qədim İpək Yolu Çindən Təbrizə qədər uzanırdı. Demək olar ki, Təbriz şəhəri İpək Yolunun deposu sayılırdı. Mal ticarəti bu şəhərdə aparılırdı.. Bu uzaq karvan yolunu – yəni qumlu səhraları, susuz yolları ancaq ən güclü heyvan sayılan dəvələr qət edə bilərdi. Dəvələr həm də, yüktutumuna görə əvəzediməz sayılırdı. Etimoloji araşdırmadan məlum olur ki, ”təvə, dəvə” sözündən ilk növbədə “tavar – mal, əşya” sözü yaranıb. Malın daşınması “dəvə yükü” kimi mənalanmışdır.

Qədim türklər çox vaxt “yol” sözünü “riz” sözü ilə yanaşı işlətmişlər. ”Yol-riz” sözü günümüzdə də öz semantikasını qoruyub, saxlamşdır. Hətta “iz” sözümüz də “riz” sözündən hərfdüşümü ilə yaranmışdır. Əgər biz qədim Təbrizi karvan yolunun qovşağı kimi tanıyırıqsa, demək, karvanın da dəvələrdən ibarət olması məlumdur. Semantika bu gün “karvan uolu-dəvə yolu“ kimi başa düşülür. Qədim “riz” sözü arxaikləşdiyindən bu söz ayrılıqda “yol” mənasında işlədilmir. Ancaq Təbriz şəhərinin adının qədim dövrdən məlum olması, “riz” sözünün həmin dövrdə “yol” kimi müstəqil məna daşımasını mümkün sayılır.

Əslində “Tavariz” sözünün ilkin forması “tavar+riz” olmuşdur. Sözün 1-ci hecası “tava” sözü “dəvə” sözündən olub, hecada mümkün “v-b” fonetik hadisəsi nəticəsində “təb” şəklini almışdır. 2-ci heca “riz” sözü “yol” mənasını bildirmişdir. Sadəcə olaraq “r” hərfinin biri eliziyaya (səsdüşümü) uğramışdır ki, bu da dilçilikdə praktik hadisə kimi sayılır.

Psixolinqvistik araşdırmadan aydın olur ki, qədim mənbələrdə Təbriz şəhərinin adının “Tavariz” kimi getməsi doğru saymaq olar. Sözlərdə fonemlər üst-üstə düşür və sözün semantikası özünü tarixi cəhətdən tam doğruldur. Tavariz sözü illər keçdikcə sözdə “sıxılma” prosesi getmiş və nəticədə “Tavrez, Tavriz” kimi və sonda bu günkü “Təbriz” formasını almışdır. Rus dilində olan “yoldaş” – ”товарищ” sözü də bu məxəzdəndir. Yəni “bir işdə yoldaşlıq edən adamlar” mənasını bildirir.

Şəhərin adının etimologiyası ilə məşğul olanlar tarixi mənbələrdə onun adının Tarui, Tarmakis – “Dağ arası”, bəzilərində farsca tab+ris  “Günəş saçan” kimi atəşpərəstliklə əlaqələndirməyə çalışmışlar. Lakin Təbriz toponiminin adı bu adlarlın heç biri ilə üst-üstə düşməsini mümkün saymaq olmaz. (Həsən Əliyev, Paralel.az)

Təbriz adlı tanınmışlar

Təbriz Xəlil Rza oğlu Xəlilbəyli (12 fevral 1964, Bakı-31 yanvar 1992, Naxçıvanik, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Azərbaycanın xalq şairi Xəlil Rzanın oğlu.

Xəlilbəyli Təbriz 1991-ci ilin sonunda könüllü olaraq cəbhəyə yollandı. Xramord və Naxçıvanik kəndləri uğrunda gedən döyüşlərdə o, qəhrəmanlıq nümunəsi göstərmişdi. Döyüş şücaətinə görə DİN-nin “Boz qurd” mükafatına layiq görülüb. 1992-ci il 31 yanvar Təbriz Xəlilbəylinin son döyüşü oldu. O, Şuşanın mühasirədən çıxarılması üçün təşkil edilən Daşaltı əməliyyatı zamanı qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı Fərmanı ilə Xəlilbəyli Təbriz Xəlil Rza oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Ailəli idi. İki övladı yadigar qalır.

 

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir