Qorqud

Qorqud — 1. Əski türk adlarından olan Qorqud “böyük dolu dənəsi” deməkdir; 2. Azərbaycanın bir sıra kəndlərində qovrulmuş buğdaya “qovurqa”, döyülüb un halına salınmasına isə qorqut deyirlər. Yəni qorda-odda qovrulan. Ehtimal ki, qorqut sözü bərəkət, ruzi ilə bağlı işlənmiş antroponimdir. Qorqud ruzi verən, bərəkət gətirən, şənlik gətirən, ruzili mənasını verir.

Qorqud adlı tanınmışlar

Dədə Qorqud

Dədə Qorqud
Dədə Qorqud

“Dədə Qorqud dastanları” xalqımızın böyük ədəbi-bədii, ulusal-folklor qaynağı, dəyəridir. O, elm aləminə məlum olmasından sonra bir an da diqqətdən yayınmayıb, hətta qadağan edildiyi çağlarda belə araşdırmaçıların dərindən öyrənilib. Yada salaq ki, dastanın səkkizinci “Basatın Təpəgözü öldürdüyü boy” ilk dəfə 1815-ci ildə alman şərqşünası və türkoloqu Henrix Fridrix fon Dits (1751-1817) tərəfindən alman dilinə çevrilərək yayımlanıb.

İndiyədək elm aləminə dastanın iki variantı məlumdur. Onlardan birincisi Drezden, ikincisi isə Vatikan nüsxələridir. Drezden nüsxəsi bir müqəddimə və 12 boydan, Vatikan nüsxəsi isə eyni müqəddimə və 6 boydan ibarətdir. Dastanın əsas süjeti aşağıdakı on iki boyda əks olunub: “Dirsə xan oğlu Buğacın boyu”, “Salur Qazanın evinin yağmalandığı boy”, “Bayburanın oğlu Bamsı Beyrək boyu”, “Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy”, “Duxa Qoca oğlu Dəli Domrulun boyu”, “Qanlı Qoca oğlu Qanturalı boyu”, “Qazılıq Qoca oğlu Yeynəyin boyu”, “Basatın Təpəgözü öldürdüyü boy”, “Bəkil oğlu Əmranın boyu”, “Uşun Qoca oğlu Səgrəyin boyu”, “Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy”, “İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy”.

Bu dastanlarda XI-XII yüzilliklərdə və daha qabaqlar Azərbaycanda baş vermiş hadisələrdən danışılır. Dastandakı hadisələrin çoxu Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə gölü, Qaraçuq dağı, Dərəşamda, Ağcaqalada, Sürməlidə, Ağqayada, Qaradərədə, Qara dağda, Kökcə dağda, Boyatda və b. yerlərdə baş verir.

 

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir