Ozan

Ozan — Aşıq, el şairi deməkdir. Ozmaq sözündən yaranıb, öndə gedən, mahnı söyləyən mənasını verir. Bu ad Azərbaycanda başlıca olaraq oğlan uşaqlarına verilir.

Azərbaycan şifahi xalq ədəbiyyatında, folklorunda personajdır. Ozan aşıqlıq sənətinin bir qoludur. Qədim dövrlərdə “ozan”, “dədə”, “varsaq”, “yanşaq” adları ilə tanınan aşıq öz yaradıcılığında musiqini, rəqsi və şeri birləşdirən el sənətkarıdır.

Ozan sənətinin Azərbaycanda çox qədim zamandan olduğunu sübut edən faktlar və dəlillər var: Göyçədə Ozanlar kəndi var, Dədə Qorqud dastanlarında Ozandan danışılır. Qarabağ tarixən ozan-qopuz, daha sonralar isə aşıq-saz diyarı kimi də tanınmışdır. Aşıq – saz-söz yaradıcılığı ozan-qopuz yaradıcılıq ənənəsinin davamı və varisidir.

 

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir