Şahlar — Şah sözünün cəm şəklidir. Şah türk dövlətlərinin başçılarına verilən addır. Yaxın və Orta Şərqin bir sıra ölkələrində və Dehli türk sultanlığında monarxların titulu olub. Səfəvi dövlətində də hökmdar şah adlanırdı.
Şahlar adlı tanınmışlar
Şahlar İsa oğlu Hüseynov (26 oktyabr 1968, Dərəçiçək mahalı, indiki Ermənistan-10 aprel 1992, Şıxarx, Ağdərə) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Şahlar erməni vəhşilərinin 1992-ci il 25-26 fevral Xocalıda törətdikləri hadisədən sonra könüllü olaraq Gəncə batalyonuna qoşulur. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata tək gedər, çox önəmli məlumatlarla dönərdi. Döyüş dostları deyirdilər ki, Şahlar Hüseynov özəlliklə Tərtər rayonun Şəfəq kəndində daha böyük hünərlə vuruşmudur, çox sayda düşmən və texnikasını məhv etmişdi. 10 aprel 1992-ci il Şıxarx (keçmiş Marquşevan) kəndinə hücum edən erməni qəsbkarlarının hücumunun qarşısı alınır. Ancaq bu döyüşdə qəhrəmanlıq göstərən Şahlar Hüseynov həlak olur.
Şahlar Əvəz oğlu Şükürov (17 may 1952, Zülfüqarlı, Kəlbəcər-8 may 1990, Ağdərə) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Şahlar tez-tez döyüş bölgələrinə gedər, torpaqlarımızın bütövlüyü uğrunda qaynar döyüşlərə atılardı. 1990-cı il 11 iyul Tərtər-Kəlbəcər yolu ilə hərəkət edən maşın karvanı erməni işğalçılarının hücumuna məruz qaldı. Burada son nəfəsinəcən vuruşan Şahlar qəhrəmancasına həlak oldu. Kəlbəcər rayonunun Zülfüqarlı kəndində dəfn edilib. Ailəli idi, iki övladı yadigar qalıb.
Bir cavab yazın