Şahin

Şahin — Hündür boylu, dimdik duruşlu yırtıcı quşdur.

Şahin adlı tanınmışlar

Şahin Talıb oğlu Tağıyev (3 fevral 1949, Tərtər rayonu) — Azərbaycanın Milli Qəhrəmanı (1992), Qarabağ müharibəsi iştirakçısı.

Şahin Tağıyev Tərtər, Seysulan, Yarımca, Levonarx bölgələrindəki döyüşlərdə iştirak etmişdir. “Qurtuluş” batalyonunda vuruşan Şahin bir müddət sonra bu batalyonun komandiri təyin edilmişdir. Azərbaycan Respublikası prezidentinin 23 iyun 1992-ci il tarixli 6 saylı fərmanı ilə Tağıyev Şahin Talıb oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. 1993-cü ilin martında döyüşlərin birində ağır yaralanıb, hospitalda uzunmüddətli müalicədən sonra polkovnik-leytenant rütbəsində Ordudan tərxis olunub. 2001-ci ildən İsveçdə mühacirətdə yaşayır. Ailəlidir, bir oğlu, bir qızı, nəvələri var.

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir