Gülyanaq

Gülyanaq — Gül və yanaq sözlərinin birləşməsindən düzəldilib, gül üzlü mənasını verir.

Gülyanaq adlı tanınmışlar

Gülyanaq Məmmədova

Gülyanaq Məmmədova
Gülyanaq Məmmədova

Gülyanaq Məmmədova (10 iyun 1973Böyük DəhnəŞəki rayonu) — Azərbaycan müğənnisi, yüksək dərəcəli vokalist, Azərbaycan Respublikasının xalq artisti (2014) və Özbəkistanın xalq artistidir (2022). Azərbaycanın xalq artisti xanəndə Gülyaz Məmmədovanın bacısıdır.

Gülyanaq 1980-1990-cı illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə, 1992-1996-cı illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin (keçmiş adı ilə A. Zeynallı adına Musiqi texnikumu) muğam şöbəsində, 1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “musiqili teatr və kino aktyoru” fakültəsində aktyor ixtisası üzrə təhsil alıb. 2002-ci ildə magistr dərəcəsi ilə universiteti bitirib.

1990-1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib. 1993-cü ildən kimi R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. 1995-1997-ci illərdə İsveçin Malmo şəhərində “Malmo” festivalında çıxış etmiş, Stokholm və Koteburq şəhərlərində konsertlər verib, 2000-ci ildə Almaniyanın Honnover şəhərində EKSPO-2000 sərgisində, 2000-ci ildə Türkiyədə “Boğaziçi” festivalında İstanbul-Ankara şəhərlərində konsertlər verib.

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir