Gülyaz

Gülyaz — Gül və yaz sözlərinin birləşməsindən düzəldilib.

Gülyaz adlı tanınmışlar

Gülyaz Məmmədova

Gülyaz Məmmədova
Gülyaz Məmmədova

Gülyaz Məmmədova (1 may 1970Böyük DəhnəŞəki rayonu) — xanəndə. Gülyaz xanım Azərbaycan Respublikasının Xalq artistidir (2014). O, Azərbaycanın və Özbəkistanın Xalq artisti Gülyanaq Məmmədovanın bacısıdır.

1977–1987-ci illərdə Böyük Dəhnə 1 saylı orta məktəbdə oxuyub. 1988–1992-ci illərdə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində (keçmiş A. Zeynallı adına Musiqi texnikumu) təhsil almışdır. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “solo oxuma” xanəndəlik fakültəsində təhsil almışdır. 1991-ci ildən 2014-cü il mart ayının 1-dək R. Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında solist vəzifəsində çalışmışdır. 1992-ci ildən Milli Opera və Balet Teatrının solistidir. 1996-cı ildən Azərbaycan Milli Konservatoriyası nəzdində Musiq kollecində pedaqoq kimi çalışır. İndi Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində və Bakı Humanitar Kollecində dərs deyir.

Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”operasında Leyli, tərəf-müqabilləri Azərbaycanın Respublikasının Xalq artisti, Şöhrət ordenli, proferssor Mənsum İbrahimov (1993-cü il 23 iyun), Xalq artisti Baba Mahmudoğlu, Zahid Quliyev, Əməkdar artist Səbuhi İbayev (2001-ci il sentyabr), İlkin Əhmədov və başqaları olub. Gülyaz Məmmədova bu günə kimi 105 dəfə Leyli rolunu oynayıb. Bunun ardınca Zülfüqar Hacıbəylinin “Aşıq Qərib” operasında Şahsənəm, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasında Telli, Şəfiqə Axundovanın “Gəlin qayası” operasında Gülbahar, Ramiz Mustafayevin “Vaqif” operasında Xanəndə qız, Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Xanəndə qız, Vasif Adıgözəlovun “Natəvan”operasında Xanəndə qız, Niyazinin “Rast” baletində Xanəndə obrazlarını yaradıb.

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir