Oqtay

Oqtay — 1. Eloğlu, eyni soydan olan, qohum; 2. Güclü biri; 3. Ağ dayça. Oktay adını Azərbaycanda başlıca olaraq oğlan uşaqlarına verirlər.

Oqtay adlı tanınmışlar

Oqtay Güləli oğlu Güləliyev (10 noyabr 1962, Xaçınyalı, Laçın-19 sentyabr 1992, Laçın) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.

Laçın polisində işlədiyi dövr Ermənistan-Azərbaycan münaqişəsinin daha da kəskinləşdiyi bir dövrə təsadüf etdiyindən Oqtay Güləliyev də polis işçisi kimi ermənilərə qarşı əməliyyatlatda iştirak etmiş, uğursuzluqla sona çatan “Daşaltı əməliyyatı” zamanı onun rotası mühasirəyə düşən 80 nəfər əsgəri təhlükəsiz zonaya çıxarmara bilmişdi. Daha sonra Pircahan kəni yaxınlığında ağır yaralanmış, ancaq müalicə olunaraq cəbhəyə qayıtmışdır.

Oqtay Güləliyevin Laçın dəhlizini geri almaq üçün əməliyyat planı 1992-ci il sentyabrın 19-da uğurla başa çatmış və beləliklə Gorus-Şuşa yolu nəzarətə alınmışdır. Ancaq düşmən ərazini yenidən ələ keçirə bilmiş və Oqtay Güləliyevin qüvvələri mühasirəyə düşmüşdü. 11 oktyabr 1992-ci ildə Hoçaz yüksəkliyində gedən ağır döyüş onun son döyüşü oldu. Döyüşçülərini təhlükəsiz yerə keçirə bilsə də bu döyüşlərdə Oqtay Güləliyev özü qəhrəmancasına həlak olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 11 may 1993-cü il tarixli 599 saylı fərmanı ilə Güləliyev Oqtay Güləli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

 

«
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir