Azərbaycan adı necə yarandı və mənası nədir?

Azərbaycan Respublikasının dövlət bayrağı

Azərbaycan yaşadığımız, doğulub boya-başa çatdığımız, uğruna qan və can verdiyimiz ana yurdumuzdur. Bəs uğrunda canımızdan keçməyə hazır olduğumuz vətənimiz Azərbaycanın adı necə yaranmışdır? Mənası nədir?

Azərbaycan! Bu söz ilk dəfə kimin dilindən çıxıb, onu ilk dəfə kim işlədib? Bu torpaqların adı haradan və necə yaranıb? Bununla bağlı olaraq tarixçilər arasında bir çox baxış bucağı vardır ki, onlardan bir neçəsini aşağıda sıralayırıq:

  1. Azərbaycanın adı Nuh peyğəmbərin oğlu, Sam oğlu, Əsvəd oğlu, Beyvarasif oğlu, Azərbazın adından götürülmüşdür. Azərbaz buranı yurd seçmiş, burada məskunlaşmış və onun adı ilə ölkə Azərbaycan adlanmışdır. Belə baxış ibni Muqaffaya aiddir (bax: ibni Fəqih əl-Həmədani, “Kitab əl-Buldan”, səhifə 285-286).
  2. Azərbaycanın adı qədimdə bu ölkədə atəşpərəstlik məbədlərinin olması ilə bağlıdır. Çünkü atəşpərəstlərin müqəddəs məbədi bu ərazidə, Qazaka (Şiz) adlı şəhərdə olmuşdur. Azər sözü türk dilindəki od və ər sözlərindən yaranmışdır. Baycan isə qoruqçu anlamını. Beləliklə, buna əsasən Azərbaycan od qoruqçusu, odun qorunduğu yer və b. kimi mənalara gəlir. Bu düşüncəni Yaqut əl-Həməvi “Mucəm əl-Buldan” kitabında verilmiş və “bu həqiqətə yaxın ola bilər, çünkü bu ərazidə od məbədləri olduqca çoxdur” demişdir.
  3. Azərbaycan türk mənşəli sözdür. Belə ki, atamız Oğuz xan bu torpaqları tutduqdan sonra özü bir ovuc torpağı götürüb 1 yerə töküb və döyüşçülərinə “hər kəs 1 ovuc torpağı bura töksün” deyib. Döyüşçülərin üst-üstə tökdüyü torpaqlar təpə/yüksəklik olub və bu yüksəkliyə Azərbaycan deyiblər. Çünkü türk dilində azər yüksəklik, bayqan isə ulu adamlar deməkdir. Bu baxışı Elxani hökmdarlarından Qazan xanın vəziri olmuş Fəzlullah Rəşidəddin “Cami ət-Təvarix” kitabında, həmçinin Təbrizli alim Bürhan Təbrizi “Bürhani Qati” adlı kitabında verib.
  4. Azərbaycan adını sərkərdə Atropatın adı ilə bağlayanlar da var, çünkü Atropat bu ölkədə hökmdar olmuş və bir müddət ölkə onun adı ilə Atropatena adlanmışdır. Düşüncəyə görə, sonradan Atropatena sözü bir sıra dəyişikliklərə uğrayaraq Atrapatakan – Adarbadagan – Adərbayqan – Azərbaycan halına düşmüşdür.
  5. XIX əsr Azərbaycan tarixçisi Abbasqulu ağa Bakıxanlı Azərbaycan sözünün yaranmasını Xürrəmilər hərəkatının tanınmış sərkərdəsi Babək ilə bağlı olduğunu bildirir. Babək Abbasilər xilafətinə qarşı xürrəmilərin üsyanına başçılıq etmişdir. Bakıxanlı “Gülüstani-İrəm” əsərində yazırdı: “Ehtimala görə, Azərbaycan sözü Azər-Babəqan sözündəndir. Ərəblər bunu Azər-Babəcan kimi deyir və “Babəkin atəşi” anlamını verir.
»

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir